Haqqımızda

Azərgübrə, 2021-ci ildə fəaliyyətə başlayan “Agroline AZ” MMC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış ticarət şəbəkəsidir. Şirkətimiz qısa zaman ərzində Respublikamızın müxtəlif regionlarında 100-dən artıq satış mərkəzləri ilə fermerlərimizə xidmət göstərir. Mineral tarla gübrələri, mikro və makro gübrələr, turşular, bitki inkişafını tənzimləyən və pestisidlər sahəsində geniş fəaliyyətə malikdir.  Məqsədimiz fermerlərin əkin sahələrindən yüksək məhsuldarlıq əldə etmələrini təmin etməkdir. İşimizin hər tərəfində dürüstlüyü korporativ bir standart olaraq təyin edirik. Güvən və dürüstlük prinsipinə riayət edərək iş ortağımız və sənaye ilə iş əlaqələri qururuq. Sektor təcrübəmiz və müştəri yönümlü iş yanaşmamızla etibarlı, təsirli və səmərəli xidmət göstərməyi hədəfləyirik. Şirkətimiz ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhfəsini verməkdə davam edir. 

Şirkətimizin vizyonu, gücünü araşdırmalardan alan və strateji əməkdaşlıq quraraq Respublikamızın bütün bölgələrinə tədarükünü və satış fəaliyyətlərini həyata keçirir. Həmişə keyfiyyətli xidmətə üstünlük verən Azərgübrə, 2021-ci ildən etibarən dünyanın tanınmış şirkətlərinin ən keyfiyyətli məhsullarını idxal etməyə başladı. İstifadə edildikləri bölgələrdə məhsuldarlığın artması, keyfiyyəti və dayanıqlığı baxımından son dərəcə yaxşı nəticələr verən bu məhsullar, üstünlüyünü sübut etməklə böyük rəğbət görmüşdür. 

Powered by Froala Editor

}}