Ammonium Nitrat - Eurochem

Gübrələr

0
  • Kateqoriya

    Gübrələr

  • İstehsalçı şirkət

    Eurochem

  • Alt Kateqoriya

    Mineral tarla gübrələri

  • Tərkib

    34.4 % AN

  • İstehsalçı ölkə

    Rusiya Federasiyası

  • Qablaşma

    50 kq

Nitratlı gübrələr içində tərkibində ən çox azot olan gübrədir. Ammonium Nitrat adından da göründüyü kimi Ammonium və Nitratın birləşməsindən ibarət olub 16,5% Ammonium və 16,5% Nitrat azotu olmaqla toplam 33% azotdan ibarətdir.

Powered by Froala Editor

Torpağa Ammonium Nitrat verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Çəltik istisna olmaqla bütün növ taxıllarda yemləmə kimi, tərəvəzlərdə, meyvə ağaclarında, bağlarda sulamadan öncə tətbiq olunur.

Powered by Froala Editor

Tərəvəzlərin və meyvələrin formalaşmasına, böyüməsinə, nişastanın və şəkərin toplanmasına, keyfiyyətinə, məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir.

Powered by Froala Editor

Ammonium Nitrat təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Ammonium Nitrat paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Nitroammofoskanı +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.

Powered by Froala Editor