Sunforce 48 SL - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    Herbisid

  • Tərkib

    480 g/L Glyphosate Isopropylamin Duzu

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    5 L

Yabanı ot dərmanıdır. Sitrus bitkiləri, üzüm, fındıq, meyvə bağçaları, mədəni bitkilər yetişdirilməyən sahələr, su və drenaj kanallarında istifadə olunması tövsiyə edilir.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası Dövrü
Sitrus bitkiləri, üzüm, fındıq, meyvə bağçaları, mədəni bitkilər yetişdirilməyən sahələrBir İllik dar, və geniş yarpaqlı yabanı otlar:
 Yabanı yulaf (Avena sterilis)
 Yabanı kök (Dacus carota)
 Zərərli brom (Bromus sterilis)
 Quş yemi (Phalaris spp.)
 Ot rəngi mürdümük (Lathyrus nissolia)
 Ballıbaba (Lamium sp.)
 Kanaria otu (Senecio vernalis)
 Tülkü quyruğu (Alopecurus myosurodies)
 Zümrüdçiçəyi (Mercurialis annua)
 Xardal (Ochthodium aegyptiacum)
 Toy çiçəyi (Ranunculus arvensis)
 Durna qaqası (Geranium dissectıım)
 Yem noxudu (Vicia sativa)
 Quş otu (Stellaria media)
 Yabanı xardal (Sinapis arvensis)
 Əməköməci (Malva parviflora)
 Yabanı yonca (Medicago sativa)
 Dirrik pərpərəni (Portulaca oleracea)
 Südləyən (Euphorbia spp.)
 Ağamtıl tərə (Chenopodium album)
 Bambul otu (Chrozophora tinctoria)
 Donuz pıtrağı (Xantium strumarium)
 Zincir pıtrağı (Xanthium spinosum)
 Qırmızı köklü tülkü quyruğu (Amaranthus retroflexus)
 Kirpi darısı (Yapışqan Ot) (Setaria viridis)
 Xallı darı (Echinochloa crusgalli)
 Xoruz ibiği (Amaranthus albus)
 Yaşıl xoruz ibiği (Amaranthus viridis)
3 L/haYabanı otların cavan və aktiv böyüdüyü dövrdə
 (Pambıq əkilməsi üçün hazırlanmış tarlalarda
 əkindən əvvəl, əkin dövründə və ya əkincən
 sonra istifadə edilə bilər. Ancaq dərmanlama
 mütləq yabanı otların çıxışından əvvəl olmalıdır.)
Çox illik dar və geniş yarpaqlı yabancı otlar:
 Topalaq (Cyperus rotundus)
 Çayır (Cynodon dactylon)
 Çöl sarmaşığı (Convolvulus arvensis)
 İkievli gicitkan (Urtica dioica)
 Adi yovşan (Artemisia vulgaris)
 Hələb sorqumu (Sorghum halepense)
6 L/haYabanı otların cavan və aktiv böyüdüyü dövrdə (Pambıq əkilməsi üçün hazırlanmış tarlalarda əkindən əvvəl, əkin dövründə və ya əkincən sonra istifadə edilə bilər. Ancaq dərmanlama mütləq yabanı otların çıxışından əvvəl olmalıdır.)
Dəmir yolu kənarları, fabrik
 bağçaları, tarixi sahələr, hava
 limanları, tarla kənarları və.s.
Qalın və meşəlik bitkilərə qarşı10 L/haYabanı otların aktiv böyüdüyü dövrdə
Banketlər, su və drenaj
 kanalları
Səki və su üstü yabanı otlar10-15 L/haYabanı otların aktiv böyüdüyü dövrdə


Əvvəlcə dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur və sonra lazımı miqdarda dərman ayrı bir qabda su ilə çoxaldaraq yaxşı qarışdırılır. Qarışım alətin çəninə tökülür və lazımı miqdarda su alətin çəninə əlavə edilir. Yaxşı qarışdırılaraq yabanı otlara püskürtülür. Ən yaxşı nəticə yabanı otların aktiv olaraq böyüdüyü  zamanda əldə edilir.SUNFORCE 48 SL sistemli təsirli bir dərman olduğundan dərmanın otlara təsir edə bilməsi üçün dərmanlamadan sonra ən az 4-5 gün keçmədən yabanı otları zədələyəcək torpaq işi aparılmamalıdır.Hektara istifadə ideal su miqdarı 200-400 litrdir, traktorla çəkilən pulverizatorla istifadə edilərək və dərmanlama alətini aşağı təzyiqdə çalışdıraraq yaxşı nəticə əldə edilir. Çox küləkli hava şəraitində və yüksək təzyiqli alətlərlə dərmanlama aparılmamalıdır.

Powered by Froala Editor

“Gliphosate izopropilamin” tərkibli “Sunforce 48 SL” preparatı həm birləpəli, həm də ikiləpəli yabanı otlara qarşı mübarizədə effektivdir.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor