Sunstar 330 EC - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    Herbisid

  • Tərkib

    330 g/L Pendimethalin

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    5 L

Yabanı ot dərmanıdır. Günəbaxan, pambıq, kartof, soğan, qarğıdalı, pomidorda istifadə olunması tövsiyə edilir. Quraq dövrlərdə SUNSTAR 330 EC ilə dərmanlamadan sonra 3-7 gün ərzində 5-10 mm sulama aparılmalıdır.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrü
Günəbaxan, pambıq, kartof, soğanTülküquyruğu
 Külək otu
 Qara pazı
 Quşəppəyi
 Xoruz yalı
 Siçan qulağı
 Ağımtıl tərə
 Yapışqan ot
 Quş otu
 Quş darısı
 Çoban dəyənəyi
 Ballıbaba
 Çəngəll otu
 Boz ot
 Bambul otu
 Çobanyastığı
 Gəlincik
 Səmiz otu
 Bülbül otu
 Südləyən
 Dişləyən ot
 Yarğan otu
 Kirpi darısı
 Çəmən salxım otu
 İt üzümü
Əkindən əvvəl
 5 L/ha
 Çıxışdan əvvəl
 5 L/ha
Qarğıdalı, pomidorAğımtıl tərə
 Səmiz otu
 Yabanı xardal
 Bambul otu
 Xoruz yalı
 Xallı darıcan
 Quş üzümü
Əkindən əvvəl
 5 L/ha


Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməlidir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlama günün sərin saatlarında küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası aparılmalıdır. Hektara istifadə ediləcək su miqdarını müəyyən etmək üçün dərmanlama alətinin çəni su ilə doldurulur. Bu su ilə nə qədər sahənin isladıla bilinməsi müəyyən edilir və dərmanlamada istifadə ediləcək su miqdarı hesablanılır. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına  boşaltmayın.

Powered by Froala Editor

SUNSTAR 330 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup K1,3 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün SUNSTAR 330 EC-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (K1,3 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor