.png)
Sunstep - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Herbisid
-
Tərkib
40 g/L Nicosulfuron
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 L
SUNSTEP adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup B,2 olaraq sinifləşdirilmiş bir herbisiddir.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Qarğıdalı (4-8 yarpaq) | Çəmən otları: Xalı quş darısı (Echinochloa colonum) Quş darısı (Echinochloa crus-galli) Qanlı barmaqotu (Digitaria sanguinalis) Kirpi darısı (Setaria viridis) | 1,25 L/ha budaqlanma dövründən əvvəl və ya budaqlanma dövründə (2-6 yarpaq) | 30 gün |
Hələb sorqumu (Sorghum halepense) | 1,25 L/ha Dərmanı daxilinə hopduracaq kifayət qədər cücərmələr olduqdan sonra (10- 30 sm boyda) | 30 gün | |
Enli yarpaqlı yabanı otlar: Qırmızı köklü tülkü quyruğu (Amaranthus retroflexus) Ağ tərə (Chenopodium album) Pərpətöyün (Portulaca oleracea) Pıtraq (Xanthium strumarium) | 1,25 L/ha, 2-6 yarpaqlı olduğu gənc dövrlərdə | 30 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Hektara istifadə ediləcək su miqdarını müəyyən etmək üçün dərmanlama alətinin çəni su ilə doldurulur. Bu su ilə nə qədər sahənin isladıldığı və dərmanlamada istifadə ediləcək su miqdarı hesablanır. Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan qarışım eyni gündə içində istifadə edilməlidir. Dərmanlamalar günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün SUNSTEP-in eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (B,2 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor