.png)
Skype 62.5 WG - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
37.5% Cyprodinil + 25% Fluodioxonil
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
0.4 kq
SKYPE 62.5 WG sistemli və əlaqəli xüsusiyyətlərə malik bir funqisiddir.Dərmanın tərkibinə daxil olan iki təsirli maddədən biri “Cyprodinil” methionin bio sintezi sentezininə mane olur; Cyprodinil, yarpaqlar və meyvədən sürətli bir şəkildə bitkiyə hopur. Bitkidə yuxarıya doğru və yarpağın bir üzündən digər üzünə rahatlıqla keçir. Dərmanın tərkibində olan digər təsiredici maddə “Fludioxonil” əlaqəli təsirə malik olub, konidiyanın cücərməsini və göbələyin daxilə nüfuz etməsinə mane olur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Üzüm | Qurğuşun kifi (Botrytis cinerea) | 0,5 kq/1 ton su | 7 gün |
Pomidor | Qurğuşun kifi (Botrytis cinerea) | 0,6 kq/1 ton su | 7 gün |
Bibər (İstixana) | Qurğuşun kifi (Botrytis cinerea) | 0,6 kq/1 ton su | 7 gün |
Xiyar (İstixana) | Qurğuşun kifi (Botrytis cinerea) | 0,6 kq/1 ton su | 7 gün |
Albalı | Moniya (Sclerotinia laxa) | 0,4 kq/1 ton su | 7 gün |
Çiyələk | Qurğuşun kifi (Botrytis cinerea) | 0,6 kq/1 ton su | 7 gün |
Badımcan (İstixana) | Qurğuşun kifi (Botrytis cinerea) | 0,6 kq/1 ton su | 7 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmalamalarda sahəni tam əhatə edəcək miqdarda qarışım miqdarı müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
SKYPE 62.5 WG adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə D1:9, E2:12 qrup olaraq sinifləşdirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün SKYPE 62.5 WG -ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (D1:9, E2:12 qrup xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor