.png)
Foça WG - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
%55 Metiram + %5 Pyraclostrobin
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
0.8 kq
FOÇA WG adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə M3, C3;11 qrup olaraq sinifləşdirilmiş bir funqisiddir.Göbələk dərmanıdır. Üzümdə olan mildiyö, kif və ölükol, xiyarda (istixana) olan mildiyö, pomidorda (istixana) olan mildiyö və qarpızda olan alternaria yarpaq yanıqlığı zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Üzüm | Mildiyö (Plasmopora viticola) | 2 kq / 1 ton su | 28 gün |
Kif (Erysiphe necator) | 2 kq / 1 ton su | ||
Ölükol (Phomopsis viticola) | 1,5 kq / 1 ton su | ||
Xiyar (İstixana) | Balqabaqkimilərdə Mildiyö (Pseodoperonospora cubensis) | 2,5 kq / 1 ton su | 7 gün |
Pomidor (İstixana) | Mildiyö (Phytophtora infestans) | 2 kq / 1 ton su | 3 gün |
Qarpız (İstixana) | Alternaria yarpaq yaniqliği (Alternaria cucumerina) | 2 kq / 1 ton su | 7 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmalamalarda sahəni tam əhatə edəcək miqdarda qarışım miqdarı müəyyən edilməlidir .Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün FOÇA WG-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (M3, C3;11 qrup xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor