.png)
Kingcozeb M-45 - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
80% Mancozeb
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
0.8 kq
Göbələk dərmanıdır. Almada olan qara ləkə və məməli pas, üzümdə olan ölükol və mildiyö, soğan və pomidorda olan mildiyö, xiyarda olan mildiyö, noxudda olan antraknoz və tərəvəz şitillərində olan şitil kök çürüklüyü zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Alma | Qaraləkə (Venturia inaequalis) | 2,5 kq/1 ton su | 21 gün |
Məməli pas (Gymnosparagium confusum) | 2,5 kq/1 ton su | 21 gün | |
Üzüm | Ölü kol (Phomopsis viticola) | 2 kq/1 ton su | 21 gün |
Üzüm | Mildiyö (Plasmopara viticola) | 2 kq/1 ton su | 21 gün |
Soğan | Mildiyö (Peronospora destructor) | 2 kq/1 ton su | 28 gün |
Xiyar | Balqabaqkimilərdə mildiyö (Pseudoperonospora cubensis) | 2 kq/1 ton su | 14 gün |
Pomidor | Mildiyö (Phytophthora infestans) | 2 kq/1 ton su | 14 gün |
Noxud | Antraknoz (Ascochyta rabiei) | 2 kq/1 ton su 2 kq/1 ton toxum | 28 gün - |
Lobya | Antraknoz (Colletotrichum lindemuthianum) | 2 kq/1 ton su | 28 gün |
Pomidor, kartof və badımcan | Pas (Uromyces appendiculatus) | 2 kq/1 ton su | 28 gün |
Erkən yarpaq yanıqlığı (Alternaria solani) | 2 kq/1 ton su | 28 gün | |
Tərəvəz şitilləri | Şitil kök çürüklüyü ((Phythium spp. Rhizoctonia spp. Fusarium spp. Alternaria spp. Sclerotinia spp. Phytophthora spp.) | 2 kq/1 ton toxum | - |
Yemiş, qarpız | Antraknoz (Colletotrichum lagenarium) | 2 kq/1 ton su | 7 gün |
Buğda | Sarı pas (Puccinia striiformis) Qəhvərəngi pas (P.recondita tritici) Qara pas (P.graminis tritici) | 3,5 kq/ha | 28 gün |
Şərbətçi otu | Mildiyö (Pseudoperonospora humuli) | 1,5 kq/1 ton su | 42 gün |
Yer fıstığı | Yarpaq ləkəsi (Cercospora arachidis) | 2 kq/1 ton su | 14 gün |
Kök boğazı çürüklüyü (Aspergillus niger) | 5 kq/1 ton toxum | - |
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Bitki patogenlərinin dörd əsas sinfinin yaratdığı geniş spektrli xəstəliklərə nəzarət edən effektiv qoruyucu funqisiddir.Çox zonalı hərəkətə görə müqavimətin inkişaf riski çox aşağıdır.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor