.png)
Dallas Bordo - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
20% Metal Misə Bərabər Bordo Bulmacı
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
10 kq
Göbələk dərmanıdır. Üzümdə olan mildiyö və ölükol, almada olan qaraləkə, şaftalıda olan yarpaq qıvırcığı, ərikdə olan sərt çəyirdəkli meyvələrdə yarpaq dələn, zeytunda olan halqalı ləkə və pomidorda olan mildiyö zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Üzüm | Mildiyö (Plasmopara viticola) | 1-ci dərmanlama 7,5 kq/ 1 ton su 2-ci dərmanlama 10 kq/ 1 ton su 3-cü dərmanlama 12,5 kq/ 1 ton su | 14 gün |
Ölü kol (Phomopsis viticola) | 35 kq /1 ton su (qış dərmanlaması) 5 kq/1 ton su (yaz dərmanlaması) | 14 gün | |
Alma | Qaraləkə (Venturia inaequalis) | 15 kq/1 ton su | 14 gün |
Şaftalı | Yarpaq qıvırcığı (Taphrina deformans) | 15 kq/1 ton su | 14 gün |
Ərik | Sərt çəkirdəkli meyvələrdə yarpaq dələn (Wilsonomyces carpophylus) | 6,25 kq/1 ton su normal dövr 12,5 kq/1 ton su hərəkətsi dövr | 14 gün |
Zeytun | Halqalı ləkə (Spilocaea oleaginea) | 1-ci dərmanlama 15 kq/1 ton su 2-ci dərmanlama 10 kq/1 ton su | 14 gün |
Pomidor | Mildiyö (Phytopthora infestans) | 6 kq/1 ton su | 14 gün |
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
DALLAS BORDO bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup M:1 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar dərmanlama və müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını gecikdirmək DALLAS BORDO ilə eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor