Fourmen 70 WG - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    Funqisid

  • Tərkib

    70% Thiophanate-methyl

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    0.6 kq

Göbələk dərmanıdır. Almada olan qaraləkə və kiflənmə, armud və yapon əzgilində olan qaraləkə, şaftalı, ərik və albalıda olan sərt çəyirdəkli meyvələrdə çiçək monilyası, heyvada olan monilya və üzümdə olan kiflənmə zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrüSon dərmanlama ilə məhsuldarlıq arasındakı dövr
AlmaQaraləkə (Venturia inaequalis)0,6 kq/1 ton su14 gün
Kiflənmə (Podosphaera leucotricha)0,6 kq/1 ton su14 gün
ArmudQaraləkə (Venturia pirina)0,6 kq/1 ton su14 gün
ŞaftalıSərt çəkirdəkli meyvələrdə çiçək monilyası (Sclerotinia laxa)0,6 kq/1 ton su14 gün
ƏrikSərt çəkirdəkli meyvələrdə çiçək monilyası (Sclerotinia laxa)0,6 kq/1 ton su14 gün
Albalı və gilasSərt çəkirdəkli meyvələrdə çiçək monilyası (Sclerotinia laxa)0,6 kq/1 ton su14 gün
Yapon əzgiliQaraləkə (Venturia inaequalis var. eriobotryae)0,6 kq/1 ton su14 gün
HeyvaMonilya (Sclerotinia linhartiana)0,6 kq/1 ton su14 gün
Xiyar, yemişBalqabaqkimilərdə kiflənmə (Erysiphe cichoracearum,
 Sphaerotheca fuliginea)
0,4 kq/1 ton su3 gün
ÜzümKiflənmə (Erysiphe necator)1 kq/1 ton su14 gün
Şəkər çuğunduruYarpaq ləkəsi xəstəliyi (Cercospora beticola)0,4 kq/1 ton su21 gün


Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmalamalarda sahəni tam əhatə edəcək miqdarda qarışım miqdarı müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlananadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

Powered by Froala Editor

FOURMEN 70 WG adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə B1:1 qrup olaraq sinifləşdirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün FOURMEN 70 WG-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (B1:1 qrup xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor