.png)
Kastoria SC - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
310 g/L Thiophanate-methyl + 187 g/L Epoxiconazole
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 L
Göbələk dərmanıdır. Şəkər çuğundurunda olan yarpaq ləkəsi xəstəliyi və buğdada olan sarı pas, taxıl kiflənməsi və septorya yarpaq ləkəsinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur. KASTORİA SC, təsir mexanizminə görə G1,3;B1,1 qrup olaraq sinifləşdirilmiş bir funqisiddir.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Şəkər çuğunduru | Yarpaq ləkəsi xəstəliyi (Cercospora beticola) | 0,5 L/ha | 28 gün |
Buğda | Sarı pas (Puccinia striiformis) | 0,6 L/ ha | 35 gün |
Taxıl kiflənməsi (Erysiphe graminis) | 0,6 L/ ha | ||
Septorya yarpaq ləkəsi (Septoria tritia) | 0,6 L/ ha |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək dərmanlı suyun miqdarı, təcrübədə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
KASTORİA SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə G1,3;B1,1 qrup olaraq sinifləşdirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor