.png)
Sim Captan 50 WP - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
50% Captan
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
0.8 kq
Göbələk dərmanıdır. Alma, armud və yapon əzgilində olan qaraləkə, sitrus meyvələrində olan qəhvərəngli çürüklük və gövdə xəstəliyi, tərəvəz şitillərində olan kök çürüklüyü, pomidor, kahı və soğanda olan mildiyö zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Armud | Qaraləkə (Venturia pirina) | 1,5 kq/1 ton su | 3 gün |
Alma | Qaraləkə (Venturia inaequalis) | 1,5 kq/1 ton su | 3 gün |
Ərik | Cib xəstəliyi (Talphrina pruni) | 3 kq/1 ton su | 3 gün |
Şaftalı | Sərt toxumlu meyvələrdə çiçək monilyası (Sclerotinia laxa) | 3 kq/1 ton su | 3 gün |
Şaftalı, ərik | Sərt toxumlu meyvələrdə yarpaq deşən (Wilsonomyces carpophilus) | 3 kq/1 ton su | 3 gün |
Sitrus meyvələri | Sitrus meyvələrdə qəhvərəngli çürüklük və gövdə xəstəliyi (Phytopthora citrophthora) | 3 kq/1 ton su (meyvə xəstəliyi) | 7 gün |
Yapon əzgili | Qaraləkə (Venturia inaequalis var. eriobotryae) | 3 kq/1 ton su | 3 gün |
Üzüm | Ölükol (Phomopsis viticola) | 2,5 kq/1 ton su (yaz dərmanlaması) | 3 gün |
Mildiyö (Plasmopora viticola) | 3 kq/1 ton su | 3 gün | |
Tərəvəz şitilləri | Kök çürüklüyü (Sclerotinia spp., Rhizoctonia spp., Pythium spp., Alternaria sp., Fusarium spp., Phytophthora spp.) | 2-2,5 kq/1 ton su | - |
Pomidor | Mildiyö (Phytopthora infestans) | 3 kq/1 ton su | 7 gün |
Yarpaq kifi (Cladosporium fulvum) | 2,5 kq/1 ton su | 7 gün | |
Kahı | Mildiyö (Bremia lactucae) | 3 kq/1 ton su | 7 gün |
Soğan | Mildiyö (Peronospora destructor) | 3 kq/1 ton su | 7 gün |
Pomidor | Tərəvəzlərdə kif (Botrytis cinerea) | 2,5 kq/1 ton su | 7 gün |
Qərənfil (Bəzək bitkisi) | Pas (Uromyces caryophyllus) | 2,5 kq/1 ton su | 7 gün |
Kartof | Mildiyö (Phytopthora infestans) | 3,5 kq/1 ton su | 7 gün |
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Bitkilər üçün təhlükəsizdir və zərərli kimyəvi maddələrə malik deyil, həmçinin bitkilərin böyüməsini təşviq edən faydalara malikdir. Həmçinin buğda, düyü, qarğıdalı, pas, tütün qırmızı ulduzu, pambıq tingi mikrobları, maye çürükləri və s. xəstəliklərə yaxşı nəzarət edir. .
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor