Nitroammofos - Eurochem

Gübrələr

0
  • Kateqoriya

    Gübrələr

  • İstehsalçı şirkət

    Eurochem

  • Alt Kateqoriya

    Mineral tarla gübrələri

  • Tərkib

    NPK 16-16-16

  • İstehsalçı ölkə

    Rusiya Federasiyası

  • Qablaşma

    50 kq

Bitkilərin inkişafının müxtəlif mərhələlərində 16% azot, 16% fosfor və 16% kaliumdan təşkil olunmuş Nitroammofos gübrəsi məhsuldarlığı artıran, təsirli gübrələrdən biridir. Tərkibindəki komponentlər haqqında qeyd etməliyik ki, azot bitkilərdə yarpaq əmələgəlməsində, fosfor tumurcuqlanmada, kalium isə bitki meyvəsinin yetişməsində rol oynayır. Əsasən payızda şum altına verilir. Bütün bu xüsusiyyətləri xülasə edərək deyə bilərik ki, azot, fosfor və kalium bitkilər üçün lazım olan maddələrin mənimsənilməsini asanlaşdırır.

Powered by Froala Editor

Torpağa Nitroammofos verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər 

komponentə (azot, fosfor, kalium və s.) ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.

Powered by Froala Editor

Suda yaxşı həll olunur. Saxlama müddəti ərzində qranullar bir-birinə yapışmır.Məhsuldarlığı 20%-30% artırır.3 aktiv elementi 1 qranulda birləşdirir.

Powered by Froala Editor

Nitroammofos təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Nitroammofos 

paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Nitroammofosu +4-dən +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.

Powered by Froala Editor