Fourwet 5 EC - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    İnsektisid

  • Tərkib

    50 g/L Lufenuron

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    1 L

FOURWET 5 EC, kitin sintezininin qarşısını alacaq təsir mexanizminə malik bir böcək dərmanıdır. Yarpaq qurdlarının sürfələri üzərində təsirlidir. Təmasdan əlavə mədə yolu ilə təsir edir. FOURWET 5 EC dərmanlanmış bitkilərin üzərində qalır, sistematik olmayıb, güclü bir sürfə öldürücü dərmanıdır. Dərmanlanmış sürfə qabıq dəyişdirə bilmir.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrüSon dərmanlama ilə məhsuldarlıq arasındakı dövr
PambıqPambıq yarpaq qurdu (Spodoptera litoralis)0,3 L/ha (sürfə)28 gün
BibərPambıq yarpaq qurdu (Spodoptera litoralis)0,3 L/ha (sürfə)7 gün 
QarğıdalıXətli yarpaq qurdu (Spodoptera exiqua)0,2 L/ha (sürfə)35 gün
Xiyar (İstixana)Pambıq yarpaq qurdu (Spodoptera litoralis)0,3 L/1 ton su (sürfə)7 gün 


Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Tətbiqlərdə yaxşı bir örtük təmin etmək üçün müəyyən bir sahəyə veriləcək qarışığın miqdarı yaxşı tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

Powered by Froala Editor

FOURWET 5 EC, ilk dövr və son dövr sürfə üzərində bərabər şəkildə təsirli olmaqla yanaşı, zərərin qarşısının ən yaxşı şəkildə alınması üçün sürfə sayının dərmanlama üçün uyğun məqama (saya) gəldiyi zaman və ilk dövrlərdə tətbiq olunması tövsiyə edilir.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor