Redrum 10 SC - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    Akarisid

  • Tərkib

    110 g/L Etoxazole

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    1 kq

REDRUM 10 SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 10B olaraq sinifləşdirilmiş bir akarsiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün REDRUM 10 SC-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (10B qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrüSon dərmanlama ilə məhsuldarlıq arasındakı dövr
AlmaAvropa qırmızı hörümçəyi (Panonychus ulmi)0,25 L/1 ton su (yumurta, sürfə,nimfa)14 gün
Pomidorİki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)0,35 L/1 ton su (sürfə, nimfa)3 gün
Bibər (İstixana)İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)0,35 L/1 ton su (sürfə, nimfa)3 gün
Pambıqİki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)0,25 L/ha (yumurta, sürfə, nimfa)21 gün
Qırmızı hörümçək (Tetranychus cinnabarinus)0,50 L/ha (yumurta, sürfə, nimfa)
ÜzümQırmızı hörümçək (Tetranychus cinnabarinus)0,25 L/1 ton su (yumurta, sürfə,nimfa)7 gün
Qarpızİki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)0,25 L/ha (yumurta, sürfə, nimfa)3 gün
Çiyələkİki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)0,35 L/1 ton su (sürfə, nimfa)1 gün
Xiyar (Sahə, İstixana)İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae)0,25 L/ha (yumurta, sürfə, nimfa)3 gün


Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək qarışım miqdarı düzgün müəyyənedilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına  boşaltmayın.

Powered by Froala Editor

REDRUM 10 SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 10B olaraq sinifləşdirilmiş bir akarsiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor