.png)
Malathion 65 EC - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
İnsektisid
-
Tərkib
650 g/L Malathion
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 L
Yoncada olan xortumlu böcəyi, pomidorda olan yaşıl qurd, ərikdə olan şaftalı güvəsi, anbarda saxlanılan taxıl və taxıl məhsulları zərərvericilərinə qarşı, qarğıdalıda olan pambıq xətli yarpaq qurdu və pambıqda olan yarpaq birələrinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Yonca | Yonca Xorumlu böcəyi (Hypera variabilis) | 1,7 L/ha sürfə | 7 gün |
Pomidor | Yaşıl qurd (Helicoverpa armigera) | 2 L/ha sürfə | 7 gün |
Lobya | Lobya kapsul qurdu (Etiella zinckenella) | 2 L/ha sürfə | 7 gün |
Albalı | Albalı ağcaqənədi (Rhagoletis cerasi) | 1 L/1 ton su yetişkin | 7 gün |
Ərik | Şaftalı güvəsi (Anarsia lineatella) | 1,5 L/1 ton su sürfə | 7 gün |
Üzüm | Sitrus unlu biti (Planococcus citri) | 1,5 L/1 ton su bütün dövrlərdə | 7 gün |
Taxıl | Ambarda saxlanılan taxıl və taxıl məhsulları zərərvericilərinə qarşı | 2 L/1000 m² sahəyə boş anbar dərmanlaması | 7 gün |
Qarğıdalı | Pambıq xətti yarpaq qurdu (Spodoptera exiqua) | 2 L/ha sürfə | 7 gün |
Qarğıdalı anbar zərərliləri | 2 L/1000 m² sahəyə | Məhsul anbara yığılmadan 20-25 gün əvvəl | |
Xaş-xaş | Xaşxaş kök qurdu (Ceuthorhynchus denticulatus) | 2 L/1 ton su yetişkin | 7 gün |
Pambıq | Pambıq xətti yarpaq qurdu (Spodoptera exiqua) | 2,5 L/ha sürfə | 7 gün |
Pambıq yarpaq biti (Aphis gossypii) | 1 L/ha nimfa-yetişkin | 7 gün | |
Yarpaq birələri (Empoasca decipiens, Asymmetrasca decedens) | 1,7 L/ha nimfa-ye | 7 gün | |
Küncüt | Küncüt güvəsi (Antigastra catalaunalis) | 1 L/ha sürfə | 7 gün |
Soya | Pambıq xətti yarpaq qurdu (Spodoptera exiqua) | 2,5 L/ha sürfə | 7 gün |
Pis qoxulu yaşıl böcək (Nezara viridula) | 1,7 L/ha nimfa, yetişkin | 7 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır. Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Boş dərman qablarını başqa məqsədlər üçün istifadə etməyin.
• Dərmanı qabında qapalı olaraq mühafizə edin.
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 3 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor