Asist 10 EC - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    İnsektisid

  • Tərkib

    100 g/L Pyriproxyfen

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    1 L

ASİST 10 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 7C olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib  bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrüSon dərmanlama ilə məhsuldarlıq arasındakı dövr
PambıqTütün ağcaqanadı (Bemisia tabaci)0,5 L/ha (sürfə)28 gün
BadımcanTütün ağcaqanadı (Bemisia tabaci)0,5 L/ha (sürfə)3 gün
ŞaftalıTut qabıq biti (Pseudaulacaspis pentagona)0,5 L/1 ton su (sürfə)14 gün
Pomidor (İstixana)Tütün ağcaqanadı (Bemisia tabaci)0,5 L/1 ton su (sürfə)1 gün
Bibər (İstixana)Tütün ağcaqanadı (Bemisia tabaci)0,5 L/1 ton su (sürfə)3 gün


Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

Powered by Froala Editor

ASİST 10 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 7C olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib  bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün ASİST 10 EC-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (7C qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor