Mass Plant Forte 20 SP - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    İnsektisid

  • Tərkib

    20% Acetamiprid

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    1 kq

MASS PLANT FORTE 20 SP sistemik təsirə malik bir dərmandır. Dərmanlamadan qısa vaxt sonra bitkinin gövdəsinə keçir və 14-21 gün müddətində təsirini qoruyur.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrüSon dərmanlama ilə məhsuldarlıq arasındakı dövr
PambıqYarpaq biti (Aphis gosspii)0,1 kq/ha (nimfa, yetişkin) - - -
Tütün ağcaqanadı (Bemisia tabaci)0,4 kq/ha (sürfə, yetişkin) - - - 
Yarpaq birəsi (Empoasca spp.)0,1 kq/ha (nimfa, yetişkin) - - -
KartofKartof böcəyi (Leptinotarsa decemlineata)60 qr/ha (sürfə, yetişkin)7 gün
Pomidor (Sahə)Tütün ağcaqanadı (Bemisia tabaci)0,3 kq/ha (sürfə, yetişkin)3 gün
Pomidor (İstixana)Tütün ağcaqanadı (Bemisia tabaci)0,3 kq/1 ton su3 gün
PüstəPüstə psillidi (Agonoscesa targioni)0,2 kq/1 ton su (nimfa, yetişkin)7 gün
AlmaYaşıl yarpaq biti (Aphis pomi)0,2 kq/1 ton su (nimfa, yetişkin)14 gün
QarpızŞaftalı yarpak biti (Myzuc persicae)0,25 kq/ha (sürfə, yetişkin)7 gün
Bibər (İstixana)Şa􀅌alı yarpaq biti (Myzuc persicae)0,25 kq/1 ton su (nimfa, yetişkin)3 gün


Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlananadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına  boşaltmayın. *  Dərmanlamalar səhər tezdən və ya axşam sərinliyində aparılmalıdır. Dərmanlama aparıldıqdan sonra 6 saat ərzində yağış yağarsa dərmanlama təkrarlanmalıdır. Eyni yetişdirmə dövründə ikidən çox dərmanlama aparılmamalıdır.

Powered by Froala Editor

MASS PLANT FORTE SP adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 4A olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün MASS PLANT FORTE SP-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (4A qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor