Absheron 915 EC - Sunset Kimya

Bitki mühafizə vasitələri

0
  • Kateqoriya

    Bitki mühafizə vasitələri

  • İstehsalçı şirkət

    Sunset Kimya

  • Alt Kateqoriya

    Herbisid

  • Tərkib

    915 g/L S-Metolachlor + 45 g/L Benoxacor (Safener)

  • İstehsalçı ölkə

    Türkiyə

  • Qablaşma

    1 L

ABSHERON 915 EC , pambıqda topalaq ilə dar yarpaqlı və bəzi geniş yarpaqlı yabanı otların mübarizəsində istifadə olunan bir herbisiddir.

Powered by Froala Editor

 

Bitkinin adıZərərlinin adıİstifadə dozası və dövrü
PambıqTopalaq (Cyperus rotundus)
 Quş darısı (Echonochloa crus-galli )
 Qara tərə (Amaranthus albus)
 Meşə pərpətöyünü (Portulaca oleraceae)
 Ağımtıl tərə (Chenopodium album)
1,5 L / ha
 əkindən əvvəl torpağa qarışdırılır.


Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməlidir.Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək qarışım miqdarı düzgün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

Powered by Froala Editor

ABSHERON 915 EC pambıq əkin sahələrinə əkindən əvvəl pulverizasiya edilərək üst torpaq təbəqəsinə (5 sm-ə qədər dərinliyə) qarışdırılaraq istifadə olunan, Topalaq (Cyperus spp.) başda olmaqla bir illik dar yarpaqlı yabanı otları, həmçinin bəzi geniş yarpaqlı yabanı otları da təsiri altında saxlayan, torpaqdan yüksək təsirə malik selektiv bir yabanı ot dərmanıdır. Yabanı otlar cücərib torpağın üzünə çıxarkən zoğların ucları vasitəsi ilə dərman bitkiyə hopur və beləliklə bitki məhv olur.

Powered by Froala Editor

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.

• Evdə istifadə etməyin.

• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.

• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.

• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.

• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor