.png)
Aforoz 40 SL - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Herbisid
-
Tərkib
40 g/L İmazamox
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 L
Yabanı ot dərmanıdır. Noxud, lobya, soya, yer fıstığı, yonca və günəbaxanda istifadə olunur. Dərman yabanı otların sap və yarpaqları tərəfindən asanlıqla əmilir və bitkinin hər tərəfinə yayılır. Dərman yabanı otların böyüməsinə mane olur və 3-4 həftə ərzində onları tamamilə yox edir.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası | Dövrü |
Noxud | Qırmızı köklü tülkü quyruğu (Amaranthus retroflexus) Quşəppəyi (Capsella bursa-pastoris) Ağıml tərə (Chenopodium album) Şeytan alması (Datura stramonium) Quş darısı (Echinochloa crus-galli) Şahtərə (Fumaria officinalis) Ballı baba (Lamium amplexicaule) Quş buğdası (Polygonum aviculare, P.convolvulus) Yapışqan otu (Setaria verticillata) Adi cincilim (Stellaria media) Gicitkən otu (Urtica urens) Yovşan otu (Veronica spp.) Donuz pıtrağı (Xanthium strumarium) | 1 L/ha | Tez cücərmədən sonra istifadə olunur. |
Lobya | Qırmızı köklü tülkü quyruğu (Amaranthus retroflexus) Quş buğdası (Polygonum aviculare) Ağımtıl tərə (Chenopodium album) Şeytan alması (Datura stramonium) Həqiqi şahtərə (Fumaria officinalis, F. cillicica) Quş darısı (Echinochloa crus-galli) Yapışqan otu (Setaria verticillata) Quş üzümü (Solanum nigrum) Donuz pıtrağı (Xanthium strumarium) | 1 L/ha | Tez cücərmədən sonra istifadə olunur. |
Soya | Qırmızı köklü tülkü quyruğu (Amaranthus retroflexus) Südləyən (Euphorbia heterophylla, E. nufans) Yapışqan otu (Setaria verticillata) Donuz pıtrağı (Xanthium strumarium) Quş darısı (Echinochloa crus-galli) | 1,25 L/ha | Tez cücərmədən sonra istifadə olunur. |
Yer fıstığı | Yapışqan otu (Setaria verticillta) Quş darısı (Echinochloa crus-galli, E.colonum) Şahtərə (Fumaria officinalis) | 1 L/ha | Tez cücərmədən sonra istifadə olunur. |
Badımcankimilər fəsiləsindən yergilası (Physalis angulata) Donuz pıtrağı (Xanthium strumarium) Quş buğdası (Polygonum aviculare) | 1,25 L/ha | Tez cücərmədən sonra istifadə olunur. | |
Yonca | Küsküt otu, sarı sarmaşıq (Cuscuta spp.) | 1,25 L/ha | Yoncanın 10-12 yarpaqlılıq dövründə istifaə olunur |
GÜNƏBAXAN (İMİ dözümlü günəbaxan növləri) | Meşə xardalı (Sinapis arvensis) | 1 L/ha | Alaq otlar üçün 2-5 yarpaqlılıq dövründə -günəbaxan üçün isə 4-10 yarpaqlılıq dövründə tətbiq olunur. |
Geriqatlanan qaratərə (Amaranthus retroflexus, A.albus) Litmus otu (Chrosophora tinctoria) Ağımtıl tərə (Chenopodium urbicum) Quş üzümü (Solanum nigrum) Donuz pıtrağı (Xanthium strumarium) Meşə yulafı (Avena sterilis) Şeytan alması (Datura stramonium) Adi pıtraq (Xanthium spinosum) | 1,2 L/ha | Alaq otlar üçün 2-5 yarpaqlılıq dövründə -günəbaxan üçün isə 4-10 yarpaqlılıq dövründə tətbiq olunur. | |
Ağımtıl tərə (Chenopodium album) Yatağan dəmirtikan (Tribulus terrestris) Pərpətöyün (Portulaca oleraceae) Quş darısı (Echinochloa crus-galli) Canavar otu - Orabanş (Orobanche cernua) | 1,3 L/ha | Alaq otlar üçün 2-5 yarpaqlılıq dövründə -günəbaxan üçün isə 6-10 yarpaqlılıq dövründə tətbiq olunur. |
Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək dərmanlı suyun miqdarı, təcrübədə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Dərman yabanı otların sap və yarpaqları tərəfindən asanlıqla əmilir və bitkinin hər tərəfinə yayılır. Dərman yabanı otların böyüməsinə mane olur və 3-4 həftə ərzində onları tamamilə yox edir.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor