.png)
Function SE - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Herbisid
-
Tərkib
452,42 g/L 2,4-D 2-Ethylhexyl Ester + 6,25 g/L Florasulam
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 L
Yabanı ot dərmanıdır. Function dərmanlamasında ən yaxşı təsir yabanı otların yarpaqlarının görüldüyü, sürətli böyümə dövründə olduğu və üzərilərinin taxıl tərəfindən örtülmədiyi zamanda edilən dərmanlamadan alınır.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Buğda, arpa | Yay xoruzgülü (Adonis aestivalis) İtaliya sümürgəni (Anchusa azurea) Yatıq boya kökü (Asperugo procumbens) Daş kəsən ot (Buglossoides arvensis) Sarı ot (Boreava orientalis) Köhrən otu (Camelina rumelica) Meşə tərəsi (Cardaria draba) Dəli cincilim (Cerastium dichotomum) Uzun süpürgə otu (Descurainia sophia) Ətirşah (Geranium stepporum) Sallaqmeyvə dəlitərə (Hypecoum pendulum) Boyaq çüyüd otu (Isatis tinctoria) Traxya xardalı (Neslia apiculata) Yabanı xardal (Sinapis arvensis) Şüvərən (Sisymbrium altissimum) Lərgə (Vicia narbonensis) Yem noxudu (Vicia sativa) | 0,5 L/ha | 14 gün |
Buğda, arpa | Çobanyastığı (Anthemis fumariifolia) Qanqal (Carduus pycnocephalus) Əkin mahmızçiçəyi (Consolida regalis) Üçbuynuz qaqotu (Galium tricornutum) Qırxbuğum (Polygonum bellardii) Qaymaqçiçəyi (Ranunculus arvensis) Adi alaqanqal (Silybum marianum) Bulaqotu (Veronica triphyllos) | 0,6 L/ha | 14 gün |
Buğda, arpa | Sürünən kərkə (Acroptilon repens) Bifora (Bifora radians) Qanqal (Centaurea depressa) Adi qanqal (Cirsium arvense) Şərq ballı babası (Wiedemannia orientalis) | 0,7 L/ha | 14 gün |
Qarğıdalı | İmam pambığı (Abutilon theophrasti) Qırmızı köklü tülkü quyruğu (Amaranthus retroflexus) Zəravənd (Aristolochia maurorum) Ağ tərə (Chenopodium album) Yatıq tərə (Chenopodium vulvaria) Qanqal (Centaurea depressa) İlişkən qatıqotu (Galium aparine) İpomeya, Qromafonçik (Ipomoea stolonifera) Adi şorangə (Salsola kali) Qara quş üzümü (Solanum nigrum) Donuz Pıtrağı (Xanthium strumarium) | 0,7 L/ha | 14 gün |
Qarğıdalı | Sürünən kərkə (Acroptilon repens) Çöl sarmaşığı (Convolvulus arvensis) | 0,8 L/ha | 14 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Hektara istifadə ediləcək su miqdarını müəyyən etmək üçün dərmanlama alətinin çəni su ilə doldurulur. Bu su ilə nə qədər sahənin isladıldığı və dərmanlamada istifadə ediləcək su miqdarı hesablanır. Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan qarışım eyni gün içində istifadə edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz, və ya az küləkli hava şərtlərində aparılmalıdır. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
FUNCTION adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup O,4; B,2 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmlərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün FUNCTION eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (O,4; B,2 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor