Torpaqların aqrokimyəvi analizi əkinçilərə torpağın qida ehtiyacını, bitki üçün lazım olan gübrə növünü və səmərəli istifadəsini müəyyənləşdirmək, torpağın uzunmüddətli və davamlı istifadəsini təmin etmək, həmçinin kənd təsərrüfatından məsləhət almaq üçün əlavə imkanlar yaradacaqdır. Torpağınızın analiz nəticələrini aldıqdan sonra bu nəticələri tarlanıza əkmək istədiyiniz bitkinin ehtiyacları ilə müqayisə edir və tarlanıza hansı gübrə və ya pestisid tətbiq olunmalı olduğunu göstərir. Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı kimya laboratoriyalarında torpaq analizləri müxtəlif aspektlərdə aparılır. Bu analizlərə torpaq pH, karbonlaşma, azot, fosfor, kalium, duzluluq, mikro və makro elementlərin təyin edilməsi daxildir.