Geri qayıt

Defoliant nədir?

2021-11-18 08:51:48

Hər baramasında min bir əmək olan “ağ qızıl” da məhsul yığımı sürətlənir. Məhsul yığımından əvvəl və məhsul yığımı müddətində düzgün tətbiq olunmaqla keyfiyyət və mənfəət itkilərinin qarşısını almaq olar.

Pambıq yığımında vaxtın düzgün təyin edilməsi ən vacib meyarlardan biridir. Məhsul yığımını asanlaşdırmaq üçün tez -tez defoliant tətbiqinə üstünlük verilir. Defoliant, bitkinin yarpaqlarını tökərək barama açılmasını təşviq edən bir bitki böyüməsi tənzimləyicisi olaraq tanınır. 

Nə vaxt tətbiq olunur? 

Tətbiq vaxtı çox kritik olan defoliantın ən böyük təhlükəsi, pambıq lifinin yetişmə müddətini tamamlamadan erkən tətbiq edilməsidir. Erkən dövrdə tətbiq olunan defoliant, yetişməmiş baramaların inkişafını dayandıra və məhsul itkisinə səbəb ola bilər. Defoliantın vaxtında (ən az 50% barama açılması) tətbiqinin lif keyfiyyətinə mənfi təsir etməyəcəyi qəbul edilmişdir. Erkən tətbiq kimi gec tətbiqin də çatışmazlıqları var. Barama açılması 90% -ə çatanda edilən tətbiqin heç bir faydası olmayacağı və xərcin lazımsız şəkildə artacağı iddia edilir. Vaxtında tətbiq edilən defoliant, yaşıl yarpaqların pambıqla qarışmasını əngəlləyər və təmizlənməsini asanlaşdırar. Bundan əlavə, barama ən azı 60% açıldıqda məhsul yığımına başlamaq lazımdır. Toxumsuz pambığının rütubəti 12-15%-i keçərsə, gecə şeh düşərsə, güclü külək olarsa məhsul yığımı dayandırılmalıdır.

Powered by Froala Editor