Geri qayıt

Torpaq analizi necə aparılır?

2021-11-18 08:06:25

Nə üçün torpaq analizi?

 Bitkilər üçün torpaqda uyğun qida maddələrinin olması gələcək məhsulun düzgün yetişməsi üçün əsas amillərdəndir. Adətən torpaqda mövcud olan qida maddələri bitki tərəfindən tam mənimsənə bilmir, ya da lazım olan miqdarda deyil Vegetasiyanın sonunda təkrar nümunələrin götürülməsi torpağa verilmiş gübrələrdən nə qədər effektiv istifadə olunmasını təyin etmək və gələcək planlama üçün olduqca əhəmiyyətlidir.

Torpaq analizi edilmədən torpağa gübrə verildikdə yaranan problemlər aşağıdakılardır:

- Torpağın tələb etdiyi miqdardan artıq gübrə vermək həm torpağa zərər verir həm də sizin daha çox pul xərcləməyinizə səbəb olur.

- Bitkinin tələb etdiyindən az gübrə verilə bilər bu da bitkinin inkişafına təsir göstərir.

- Yalnış zamanda yalnış gübrəni verdikdə bitki gübrəni mənimsəmir.

Torpaq analizi necə aparılır?

Analiz üçün torpaq səthindəki bitki qalıqları yüngülcə təmizlənməli və v şəkilli bir çuxur açılmalıdır. Çuxurun hamar tərəfindən təxminən 3-4 sm qalınlığında diametri 30 sm olan torpaq parçası üst qatı tökülmədən götürülməli və nümunələrin toplanmasında və qarışdırılmasında metal və ya sinklənmiş qablar yerinə plastik qablar istifadə edilməlidir. Sahənin ölçüsünə görə, torpağı təmsil etmək üçün 10-15 yerdən torpaq alınmalı, hamısı təmiz bir parça və ya neylon üzərinə qoyulmalı və yaxşıca qarışdırılmalı, yarpaqlar əzilməli, bitki və daş parçaları olmalıdır. 

Powered by Froala Editor

Powered by Froala Editor