Geri qayıt

Suvarma üsulları

2021-12-09 11:15:51

Suvarma insanlar bitkiləri becərdikləri dövrdən bəri mövcuddur. Toxumu əkib, becərməyi öyrəndikdən sonra insanın ilk kəşfi güman ki, vedrə olub. Qədim insanlar becərdikləri bitkiləri sulamaq üçün su dolu vedrələri daşıyacaq qədər güclü olublar.

Su daşıyıb tökmə metodu indiki zamanda da istifadə edilsədə, daha səmərəli və mexanikləşdirilmiş metodlar daha çox istifadə olunur. 

Öz axımı ilə (şırım açaraq) sulama üsulu: İlkin insanlar bu üsuldan istifadə etmişlər. Bu üsul hələ də suvarma üsulları arasında yer almaqdadır. Bu üsulda su sahələrə gətirilir və ya nasosla vurulur və sahə boyunca bitkilərin hər bir yerinə axmasına icazə verilir. Ucuz və asan başa gələn bu üsul əsasən az inkişaf etmiş cəmiyyətlərdə istifadə edilsədə, ABŞ kimi inkişaf etmiş ölkələrdə də istifadəsinə təsadüf edilir. ABŞ-da içməli suyun böyük hissəsi - 39 faizi məhsulları suvarmaq üçün istifadə edilir. Suvarmadan sonra, suyun bir qismi buxarlandığından, və ya torpağa hopduğundan yenidən istifadə edilə bilmir. Suyun qıt olduğu yerlərdə isə bu üsul çoxda əlverişli olmadığından, fermer sudan qənaətlə istifadə yöntəmlərinə əməl etməlidir. 

Bunlar aşağıdakılardır: 

* Nahamar yerlərin düzləşdirilməsi 

* Suyun hissə-hissə buraxılması 

* İtkilərin qarşısının alınması 

* Sahəninin düzləşdirilməsi. 

Su cazibə qüvvəsinə uyğun olaraq aşağıya doğru hərəkət edir. Belə olduqda nisbətən hündür yerlərə su çatmayacaq. Fermerlər lazer şüaları kimi bir sıra düzləşdirmə üsullarından istifadə edə bilərlər əkindən öncə. Sahənin səthi düz olduqda su sahə boyunca bərabər şəkildə paylana bilir. Suyun hissə-hissə verilməsi. Ənənəvi sulamaya sadəcə suyun sahə üzərində yayılması daxildir. Su xüsusi ardıcıllıqla buraxılır ki, nəticədə hər bir yerə doyunca su verilə bilir. İtkilərin qarşısının alınması. Sahənin kənarlarının düzgün olmaması ucbatından çox miqdarda suvarma suyu israf edilir. Fermerlər xüsusi xəndək və nasoslar vasitəsilə kənara axan suları dövr etdirərək yenidən istifadə edə bilərlər.

Damcı üsulu ilə suvarma: Meyvə və tərəvəzləri suvararkən bu üsul daha əlverişlidir. Su xüsusi borularla axdığından, buxarlanma və sızma kimi su itkiləri olmur, nəticədə suyun dörddə birinə qənaət edildiyindən axım ilə sulama üsuluna nisbətən daha səmərəli olur. 

Çiləmə üsulu ilə suvarma: Çiləmə üsulu suvarmanın daha müasir üsuludur, ancaq bu da avadanlıqlar tələb edir. Bu sistem həyətdəki çimənlikləri sulama üsuluna oxşardır. Böyük ölçülü çiləmə sistemləri bugün böyük ölçülü təsərrüfatlarda istifadə edilir. Bu sistem də su mənbəyinə bərkidilmiş boruya ehtiyac var. Su boru vasitəsilə axır və aparat vasitəsilə çilənir.

Powered by Froala Editor