.png)
Ammonium Nitrat - Rustavi Azot
Gübrələr
0-
Kateqoriya
Gübrələr
-
İstehsalçı şirkət
Rustavi Azot
-
Alt Kateqoriya
Mineral tarla gübrələri
-
Tərkib
34.4% AN
-
İstehsalçı ölkə
Gürcüstan
-
Qablaşma
50 kq
Ammonium nitrat azot gübrəsidir, 33-35% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Suda asan həll olur. Ən çox turş olmayan torpaqlar üçün məsləhət görülür.
Powered by Froala Editor
Torpağa Ammonium Nitrat verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Çəltik istisna olmaqla bütün növ taxıllarda yemləmə kimi, tərəvəzlərdə, meyvə ağaclarında, bağlarda sulamadan öncə tətbiq olunur.
Powered by Froala Editor
Tərəvəzlərin və meyvələrin formalaşmasına, böyüməsinə, nişastanın və şəkərin toplanmasına, keyfiyyətinə, məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir.
Powered by Froala Editor
Ammonium Nitrat təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Ammonium Nitrat paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Nitroammofoskanı +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.
Powered by Froala Editor