.png)
Sunamin 500 SL - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Herbisid
-
Tərkib
500 g/L 2,4-D Acid-ə Bərabər Dimethyl Amin Duzu
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
5 L
Yabanı ot dərmanıdır. Dərman yabanı otların sürətli inkişaf göstərdikləri dövrdə istifadə edildiyində ən yaxşı nəticə alınır. 10-12 °C-dən aşağı istilikdə dərmanlama aparılmamalıdır.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü |
Taxıl | Xoruz gülü Qan damlası Qaramuq Siçan qulağı Sığır dili Çobanyasğı Tarla it çobanyastığı Daşkəsən ot Zəng çiçəyi Kiçik pıtraq Quşəppəyi Günəş çiçəyi Peyğəmbər çiçəyi Siçan qulaqlı buynuz otu Dovşan çörəyi Ağımtıl tərə Cığvari şingillə Adi kasnı Hazeran Yabanı qərənfil Durna otu Südləyən At quyruğu Anadolu şahtərəsi Həqiqi şahtərə Adi şahtərə Durna dimdiyi Yabanı çüyüt otu Yabanı lərgə Yabani əməköməci Sarı daş yoncası Daş yoncası Gəlincik Çoban dəyənəyi Toy çiçəyi Yabanı turp Bülbül otu Quş otu Ərəb Paxlası Pıtraq Məhəbbət çiçəyi=Sarı reseda Yemlik Yovşan otu Yaz xaçgülü Yabani hardal Yabanı noxud | 1,6 L/ha Qardaşlanma dövrünün başlanğıcında 2 L/ha qardaşlanma dövrünün sonunda 3 L/ha Polikültür əkin edilən bölgələr üçün tövsiyə edilir. |
Qarğıdalı | Qırmızı köklü tülkü quyruğu Ağımtıl tərə Boz ot Yabanı turp Yabanı xardal Tarla süd otu | 2 L/ha Çıxış sonrası istifadə edilir. Qarğıdalılar 2-4 yarpaqlı olduğu dövrdə |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Hektara istifadə ediləcək su miqdarını müəyyən etmək üçün dərmanlama alətinin çəni su ilə doldurulur. Bu su ilə nə qədər sahənin isladıldığı və dərmanlamada istifadə ediləcək su miqdarı hesablanır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan qarışım eyni gün içində istifadə edilməlidir. Dərmanlamalar günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
Powered by Froala Editor
SUNAMIN 500 SL adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup O4 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün SUNAMIN 500 SL-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (O4 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor