.png)
Maxat - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
250 g/L Azoxystrobin
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 kq
Göbələk dərmanıdır. Üzümdə olan mildiyö, kif və ölükol, xiyarda olan mildiyö, qabaqda olan kif, pomidorda (sahə) olan mildiyö və erkən yarpaq yanıqlığı, qarpızda olan alternaria yarpaq yanıqlığı və bibərdə (istixana) olan kif zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Üzüm | Üzüm mildiyö (Plasmopara viticola) Üzümdə kif (Erysiphe necator) Ölü kol (Phomopsis viticola) | 0,75 L/1 ton su 0,75 L/1 ton su 0,75 L/1 ton su | 21 gün |
Xiyar | Balqabaqkimilərdə mildiyö (Pseudoperonospora cubensis) Balqabaqkimilərdə kif (Erysiphe cichoracearum, Sphaerotecha fuliginea) | 0,6 L/1 ton su 0,75 L/1 ton su | 3 gün |
Qabaq | Balqabaqkimilərdə kif (Erysiphe cichoracearum, Sphaerotecha fuliginea) | 0,75 L/1 ton su | 3 gün |
Pomidor (Sahə) | Mildiyö (Phytopthora infestans) Erkən yarpaq yanıqlığı (Alternaria solani) | 0,75 L/1 ton su 0,75 L/1 ton su | 3 gün |
Qarpız | Alternaria yarpaq yanıqlığı (Alternaria cucumerina) | 0,75 L/1 ton su | 3 gün |
Bibər (İstixana) | Bibərdə kif (Leveillula taurica) | 0,75 L/1 ton su | 3 gün |
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır. Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
MAXAT bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup C3;11 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar dərmanlama və müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını gecikdirmək MAXAT ilə eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (C3;11 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor