.png)
Meltemi 72 WP - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
64% Mancozeb + 8% Metalaxyl
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 л
Göbələk dərmanıdır. Üzümdə olan mildiyö, xiyarda olan mildiyö və kartofda olan mildiyö zərərlilərinə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur. MELTEMİ 72 WP bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup M3; A1,4 olaraq sinifləndirilmiş bir funqisiddir.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Üxüm | Üzüm mildiyö (Plasmopara viticola) | 2,5 kq/1 ton su | 14 gün |
Xiyar | Balqabaqkimilərdə mildiyö (Pseudoperonosporaa cubensis) | 2,5 kq/1 ton su | 7 gün |
Kartof | Kartofda mildiyö (Phytophtora infestans) | 2,5 kq/ha | 14 gün |
Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
MELTEMİ 72 WP bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup M3; A1,4 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar dərmanlama və müqavimətin inkişafına kömək edir.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor