.png)
Scuba 80 WG - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
Funqisid
-
Tərkib
80% Kükürd
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
0.8 kq
Göbələk və qırmızı hörümçək dərmanıdır. Üzümdə olan kif və fır gənəciyi, alma, şaftalı və güldə olan kif, beqoniyada olan toz kifi və meyvə ağaclarında olan meyvə ağacı hörümçəkləri ilə mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası |
Üzüm | Üzümdə kif (Erysiphe necator) | 4 kq/1 ton su |
Üzüm fır gənəciyi (Eriophyes vitis) | 4,9 kq/1 ton su | |
Alma | Almada kif (Podosphaera leucotricha) | 4 kq/1 ton su |
Şaftalı | Şəalıda kif (Sphaerotheca pannosa var. pesicae) | 4 kq/1 ton su |
Gül | Güldə kif (Sphaerotheca pannosa var. rosae) | 4 kq/1 ton su |
Beqoniya | Toz kifi (Microsphaera begoniae) | 3-3,5 kq/1 ton su |
Noxud | Antraknoz (Ascochyta rabiei) | 3 kq/1 ton su |
Soğan | Soğan mildiyö (Peronospora destructor) | 3 kq/1 ton su |
Lobya | Lobya pası (Uromyces appendiculatus) | 3 kq/1 ton su |
Qarpız, xiyar | Balqabaq kimilərdə toz kifi (Erysiphe cichoracearum, S. fuliginea) | 4 kq/1 ton su |
Meyvə ağacları | Meyvə ağacı hörümçəkləri (Tetranychus viennensis, T.urticae, Panonychus ulmi) | 4 kq/1 ton su |
Sitrus meyvələri | Sitrus qırmızı hörümçəyi (Panonychus citri) | 6 kq/1 ton su |
Sitrus tumurcuq hörümçəyi (Aceria sheldoni) | 6 kq/1 ton su |
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan anbarladıqda 3 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində görünüş xaric bir dəyişiklik olmaz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor