Karbamid Marka B - SOCAR

Gübrələr

0
  • Kateqoriya

    Gübrələr

  • İstehsalçı şirkət

    Socar

  • Alt Kateqoriya

    Mineral tarla gübrələri

  • Tərkib

    46.3 % N

  • İstehsalçı ölkə

    Azərbaycan

  • Qablaşma

    800 kq

Bitkilərin böyüməsi və məhsuldarlığı üçün azot çox önəmli komponentdir. Ən məşhur azot 

gübrələrindən biri də Karbamiddir. Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Karbamid azot tərkibli olduğu üçün yağışlı dönəmlərdə və sulama zamanı yuyulur. Bu səbəbdən Karbamidin torpağa verilməsi bitkinin inkişafının müxtəlif mərhələlərində baş tutur.

Powered by Froala Editor

Torpağa Karbamid verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.

Powered by Froala Editor

Karbamidin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir edir. Bu gübrə torpağın turşuluğunu artırır. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür.

Powered by Froala Editor

Karbamid təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Karbamid paketlərinin günəş

 düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Karbamidi +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.

Powered by Froala Editor