.png)
Venison 150 SC - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
İnsektisid
-
Tərkib
150 g/l Indoxacarb
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
0.25 L
VENISON 150 SC zərərvericilərlə mübarizədə istifadə edilən mədə və əlaqə təsirli bir insektisiddir. Zərərli sürfələrin hər dövründə təsir edir. Böcəklərdə sinir hüceyrələrində mədə kanallarını tıxayaraq təsir edər və dərmanlamadan qısa bir müddət sonra zərərlilərin qidalanma və digər fəaliyyətlərini dayandırır və ya çox azaldır. 24-60 saat ərzində zərərvericilər ölür. VENISON 150 SC dərmanlamasından sonra bitkinin üstündə dərman qurumasından sonra yağan yağışlardan dərmanın təsirini azaltmaz və təkrar dərmanlamağa ehtiyac qalmaz.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Üzüm | Salxım güvəsi (Lobesia botrana) | 0,25 L/1 ton su sürfə | 3 gün (süfrəlik üzüm) 10 gün (şərablıq üzüm) |
Pambıq | Yaşıl qurd (Helicoverpa armigera) | 0,45 L/ha sürfə | 14 gün |
Yarpaq qurdu (Spodoptera littoralis) | 0,4 L/ha sürfə | ||
Qarğıdalı | Qarğıdalı gövdə qurdu (Sesamia spp.) | 0,3 L/ha sürfə | 3 gün |
Qarğıdalı qurdu (Ostrina nubilalis) | |||
Pomidor (sahə) | Yaşıl qurd (Helicoverpa armigera) | 0,4 L/ha sürfə | 3 gün |
Pomidor (İstixana) | Yarpaq qurdu (Spodoptera littoralis) | 0,35 L/1 ton su sürfə | 3 gün |
Alma | Alma iç qurdu (Cydia pomonella) | 0,35 L/1 ton su yumurta,sürfə | 14 gün |
Fındıq | Fındıq qurdu (Curculio nucum) | 0,45 L/ha yetişkin | 14 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlananadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
VENISON 150 SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 22 olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün VENISON 150 SC-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (22 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.VENISON 150 SC ilə mövsüm ərzində eyni yerdə sürfəlik üzümlərdə 6, qarğıdalıda və şərablıq üzümlərdə 3, pomidor, pambıq və almada 4, fındıqda 1-dən artıq dərmanlama etməyin.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor