.png)
Raneb 5 SG - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
İnsektisid
-
Tərkib
5% Emamectin Benzoate
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 kq
RANEB 5 SG adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 6 olaraq sinifləşdirilmiş bir insektisiddir. Bibərdə olan pambıq yarpaq qurdu, pomidorda olan yaşıl qurd, üzümdə olan salxım güvəsi və pambıqda olan yarpaq və yaşıl qurdla mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
Bibər (İstixana) | Pambıq yarpaq qurdu (Spodoptera lioralis) | 0,3 kq / ha (sürfə) | 7 gün |
Pomidor (İstixana) | Yaşıl qurd (Helicoverpa armigera) | 0,3 kq / 1 ton su (sürfə) | 7 gün |
Üzüm | Üzüm salxım güvəsi (Lobesia botrana) | 0,25 kq / 1 ton su (sürfə) | 7 gün |
Pambıq | Pambıq yarpaq qurdu (Spodoptera littoralis) | 0,35 kq / ha | 7 gün |
Yaşıl qurd (Helicoverpa armigera) | 0,4 kq / ha | 21 gün |
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək dərmanlı suyun miqdarı, təcrübədə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin.
Powered by Froala Editor
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 3 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.
Powered by Froala Editor
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olması sağlamlıq üçün təhlükəlidir.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyə edilən dozada istifadə edin.
Powered by Froala Editor