.png)
Acente 1.8 EC - Sunset Kimya
Bitki mühafizə vasitələri
0-
Kateqoriya
Bitki mühafizə vasitələri
-
İstehsalçı şirkət
Sunset Kimya
-
Alt Kateqoriya
İnsektisid
-
Tərkib
18 g/L Abamec
-
İstehsalçı ölkə
Türkiyə
-
Qablaşma
1 L
Dekorativ bitkilərdə olan yarpaq qaleri ağcaqanadı, almada olan avropa qırmızı hörümçəyi, armudda olan armud psilidi, bibər və xiyarda olan qırmızı hörümçəklər, pomidor, pambıq, badımcan və çiyələkdə olan iki nöqtəli qırmızı hörümçəklərə qarşı mübarizədə istifadə edilməsi tövsiyə olunur.
Powered by Froala Editor
Bitkinin adı | Zərərlinin adı | İstifadə Dozası | Son dərmanlama ilə məhsuldarlıq arasındakı dövr |
DEKORATİV BİTKİLƏR | Yarpaq qaleri ağcaqənədi (Liriomyza trifolii) | 0,25 L/1 ton su | - |
POMİDOR | İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae) | 0,25 L/ha | 3 gün |
PAMBIQ | İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae) | 0,5 L/ha | 21 gün |
ALMA | Avropa qırmızı hörümçəyi (Pononychus olmi) | 0,75 L/1 ton su | 7 gün |
ARMUD | Armud psilidi (Cacopsylla pyri) | 0,75 L/1 ton su | - |
BİBƏR (İstixana) | Qırmızı hörümçəklər (Tetranychus spp.) | 0,25 L/1 ton su | 3 gün |
BİBƏR (İstixana) | Qırmızı hörümçəklər (Tetranychus spp.) | 0,25 L/1 ton su | 3 gün |
BADIMCAN (İstixana) | İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae) | 0,25 L/1 ton su | 3 gün |
ÇİYƏLƏK | İki nöqtəli qırmızı hörümçək (Tetranychus urticae) | 0,25 L/1 ton su | 3 gün |
Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərmanın qarışım miqdarı müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.Tövsiyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir. Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
Powered by Froala Editor
ACENTE 1.8 EC bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup 6 olaraq sinifləndirilmiş bir insektisid-akarsiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkarar dərmanlama və müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını gecikdirmək üçün ACENTE 1.8 EC ilə eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (6-cı qrup xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
Powered by Froala Editor
• Bitki mühafizə vasitəsini məhsulun orjinal qabında, qapalı olaraq mühafizə edin.
• Boşaldılan qabları başqa məqsədlə istifadə etməyin.
• Boşaldılan qida və ya içki qablarına bitki mühafizə vasitəsini qoymayln.
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Məhsul alışa biləndir, xüsusi ilə alovdan uzaq saxlayın.
• Dərmanlama zamanı, çəndə olan bütün məhsulu tarlaya püskürtün.
• İstifadə edilmə tarixinə riayət edin.
• Tökülməsi, dağılması halında üstünə qum, torpaq və s. oxşar maddələrdən səpin, sonra toplayıb, məhv edin.
• Küləkli hava şəraitində dərmanlama aparmayın.
Powered by Froala Editor